Reklam verin!

..::Sahilə İbrahimova::..

Mənim yazdıqlarım! Mənim düşüncələrim!

 

Varlı kişinin portmanatı

 

Qadın yalvarırdı. On dəqiqəlik görüş üçün ilan dili çıxarırdı. İri cüssəli gözətçi qadının yalvarışlarına öyrəncəli adamlar kimi “olmaz, olmaz” deyərək laqeyd-laqeyd ətrafına boylanırdı. İri, yaraşıqlı darvazanın açılması ilə qara rəngli “Mersedes”in içəri daxil olması o qədər surətlə baş verdi ki, qadın bu fürsətdən istifadə edərək sivişib içəri keçməyə belə macal tapmadı. O üzünü dəmir barmaqlıqlara söykəyərək bağırmağa başladı.

Davamı...

 

Torbadakı on min dollar

 

And olsun Allaha ki, kimə bu əhvalatı danışsam, mənə inanmaz. Axı kimin ağlına gələrdi ki, vur-tut beşinci sinif şagirdi olan qız uşağının “idman forması” adı ilə gəzdirdiyi polietilen torbanın içərisindəki idman paltarı yox, on min  dollardır. Hiss etdim ki, dollar sözünü eşidən kimi maraq sizi bürüdü. Niyə də bürüməsin. Dolların nəyə qadir olduğunu kim bilmir?

Davamı...

 

Qara əlcəyin əhvalatı

 

Dünyanın hər yerində günahsız insanlar ölürlər.                           

Bu hekayəni onlara ithaf edirəm. 

Bu hadisə baş verəndə mənim dünyaya gəlişimdən cəmisi beşcə il keçirdi. Valideynlərimin dediyinə görə, onlar gözlərini yumub-açınca mən böyümüşəm. Əlbəttə valideynlərim bunu məcazi mənada deyirdilər, ancaq, bu sözləri lap həqiqi mənada da işlətmək olardı. Məsəl üçün, onlar deyə bilərdilər ki, onlar gözlərini yumub-açana qədər Sovetlər İttifaqı dağıldı. Valideynlərim Rus imperiyasının qalıqları idilər. Mənim də həyatımın beş ili Sovet dövrünə təsadüf edirdi. Lakin o illərdən elə bir unudulmaz xatirələrim qalmayıb.

Davamı...

 

Köhnəlmiş sevgilər

 

Çirkli qapı - pəncərəli köhnə evdə ara-sıra işıq yanırdı. Bu qonşuların marağına səbəb olsa da, kimsə curət edib qapını tıqqıldatmırdı. Çünki bu köhnə evin köhnə sahibi xeyli vaxtdı buralarda görünməyən məşhur biznesmen idi. Bununla belə kəşfiyyatda olan qonşular işığın köhnə ev sahibi tərəfindən yandırıldığını tez bir zamanda öyrənə bildilər. Bəs niyə ev sahibi gecələr xəlvəti gəlir? Özü də maşınsız, pay-piyada...

Davamı...

 

“Dünyanın qarnı quruldayır”

 

Basabası yara-yara balet teatrlarınının aktyorları kimi barmaqlarının ucunda çətinliklə arxaya keçdi. Arxa cərgədə oturan oğlanlardan biri qalxıb ona yer verdi. Yorğunluğunu, ayağının sızıltısını oturanda hiss elədi. Sızıltı bədəninə yayıldıqca rahatlandı. Bir anlıq avtobusa sanki isti hava üflədilər. Böyüklü-kiçikli insan nəfəsləri bir-birinə qovuşaraq avtobusdakı soyuğu itələyib saldılar yerə. Ömrünün üç ilini çıxmaqla qalan qırx yeddi ili yay aylarından savayı bütün fəsillərdə ayaq barmaqları özü demişkən dağların başı kimi bumbuz olurdu. İndi də tanımadığı, amma eyni canlılar sırasından olanların nəfəsləri ilə içinə dolan istilik barmaqlarının ucuna gəlib çatmırdı.

Davamı...