Yeni hekayə - Qorxu
Qorxu
O hadisədən sonra mənim başım keçəldi. Hakimin mənə verdiyi ilk suallar belə olmuşdu.
- Sizi bu hadisəni törətməyə nə vadar etdi?
- Qorxu.
- Siz gecənin qaranlığından çoxmu qorxursunuz?
- Xeyr.
- Gecə itlərindən çoxmu qorxursunuz?
- Xeyr.
- Qəbristanlığın yanından keçərkən ölülərdən çoxmu qorxursunuz?
- Xeyr.
- Bəs siz nədən qorxursunuz?
- Mən adamlardan, bir də demokratiyadan qorxuram.
XXX
Bütün günü canını boğazına yığan insanların dəcəlliyindən sanki təzəcə rahatlıq tapmış gündüzü yola salan gecənin qaranlığında evə doğru gedirdim. Bivaxt olduğundan küçələrdə kimsə, yollarda maşın gözə çarpmırdı. Hardasa yaxınlıqda itlər hürüşür, sanki bomboş, başsız qalmış şəhərdə azadlığa çıxmalarını bayram edirdilər.
Azərbaycanda demokratiyanın inkişaf perspektivləri
Esse müsabiqəsində 1-ci yer
Uşaqlıq illərim Sovet dönəminə düşməsə də, azdan-çoxdan, valideynlərimdən, avtobus pulunu ödəməkdə çətinlik çəkəndə sərnişinlərdən, oğluna ev ala bilmədiyi üçün evləndirə bilməyən qonşumuzun giley-güzarla dolu sözləri arasından tez-tez “hayıf o cür quruluşdan” deyəndə, haqqında çox eşitmişəm. Doğrumu yalanmı deyirlər: o zaman bu gecə yatanda sabah nə yeyəcəkləri haqqında qətiyyən narahat olmurmuşlar, məmurun ixtiyarı nə imiş fəhlə ilə yarım ton yuxarı danışsın?! Məni həmişə maraqlandıran o olub ki, axı o cürə təriflənən, indi mənə asimana qədər uzaq görünən qocaların “köpəyoğlunun soveti” adlandırdıqları quruluşu dağıtmaq necə mümkün olub? Niyə on beş respublikanın milyonlarla əhalisi meydanlara axışıb rahatlığı üçün üsyan etməyib? Yox, əgər məhz onlar bunu istəyiblərsə, sadə bir təkan verilib vəssalam, onları qane etməyən nə olub?
“Azərbaycan- ideologiyamız və məqsədlərimiz”
Günümüzün ən böyük siyasəti qarşındakını inandırmaqdır. Öz mənafeyini unudub onun üçün çalışdığını anlatmaq və əslində öz məqsədini ehmalca kənara qoyub qarşındakını elə eyni ehtiyyatla aldatmaqdır. Belə olan halda dost – düşmən, xeyirxah-bədxah, siyasi lövhədə dövlət xalq səmimiyyəti çətinliklə qurulmuş olur. Mənafelər və şəxsi istəklər əsas məqsəd olduğu çərçivədə eyni havanı oynamaq qeyri-mümkünə çevrilir. Xüsusilə iyirmi birinci əsrdə bütün sözlərin işlənib köhnəldiyi, əlavə təsirlərin sızdığı dövrdə ideologiyasını qurmaq istəyən xalqların işi lap çətindir, əvvəldən deyim. Bəziləri mənafeni səmimilikdən kənar hesab edir. İşdə mənafe toxumu görünürsə, artıq fədakarlıqla tərs mütənasibdir, deyə sayır. Belə olan halda ideologiya doğrudanmı mənafedən kənar sırf fədakarcasına özünü topluma, cəmiyyətə və daha mücərrəd məvhum olan vətənə qarşı qurban vermə kimi anlaşılmalıdır. Xüsusilə kapitalist mənəviyyatı qarşısında siyasi və maddi mənafelərsiz cəmiyyətə qarşı və onun naminə vuruşmaq mümkündürmü. İdeologiyanı formalaşdıran hərəkətverici güclər – siyasətçilər, hökümət, qeyri-hökümət qurumları mənafesiz və təmənnasızmı çalışmalıdırlar?
Aforizmlər
Müəllif Almaz:
“Yazılmayan Tale” adlı kitabından
Doğulanda adam idi – gözlü-qulaqlı, əlli-ayaqlı, ağıllı-başlı adam. Amma ölən günəcən hamı ona belə dedi – Adam ol, Adam.
Ədəbiyyat həyatdır. Həyat ədəbiyyat deyil!
Zırrama
Mən bu vəzifəyə lapdan gəldim və hamını heyrətə gətirdim. Çünki hamı mənim zırrama olduğumu, iki eşşəyin arpasını bölə bilmədiyimi bilirdi. Amma bu mənim vecimə də deyildi. Məgər məmləkətimizdəki vəzifə sahiblərinin hamısı iki eşşəyin arpasını bölməyə qadirdirlərmi? Zırrama məmurlardan mən zırramanın nəyi əksikdir ki. Bir odur ki, o zırramalar xüsusi tapşırıqlar, rüşvətlər hesabına vəzifəyə gəlmişdilər, amma mənim başıma “şahlıq quşu” qonmuşdu. Sanki mənim bu vəzifəyə gəlişim cənab Mirielin Napaleonla qarşılaşması səhnəsindəki kimi olmuşdu. Soruşursunuz ki, cənab Mirielin Napaleonla qarşılaşması səhnəsi necə olmuşdu? Əgər siz Viktor Hüqonun “Səfillər” əsərini vaxtında oxusaydınız, indi bunu məndən soruşmazdınız. Mən nə qədər zırrama olsam da, institutda oxuduğum illər müəllimim güclə bunu mənə oxutdurmuşdu. Yazıq müəllimim. İndi özü səfildi, səfil professor...
Blog Haqqında

Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
- Varlı kişinin portmanatı
- Torbadakı on min dollar
- Qara əlcəyin əhvalatı
- Köhnəlmiş sevgilər
- “Dünyanın qarnı quruldayır”
- Adamlar üçün darıxan adam
Keçidlər
Dost bloglar
- ..::Rəşaiq M.Bayramov::..
- VƏTƏN HƏR ŞEYDƏN ÜSTÜNDÜR
- Şıxbala ELCAN (Bayramov)
- hikmethuseynov.azeriblog.com
Açar sözlər
Sayqaç
İndi blogda: 2
Keçən ayın hiti: 847
Dünənki hit: 25
Bugünki hit: 8
Ümumi hit: 7920
Müxtəlif
