Reklam verin!

..::Sahilə İbrahimova::..

Mənim yazdıqlarım! Mənim düşüncələrim!

 

Azərbaycanda demokratiyanın inkişaf perspektivləri

 

                           Esse müsabiqəsində 1-ci yer            

Uşaqlıq illərim Sovet dönəminə düşməsə də, azdan-çoxdan, valideynlərimdən, avtobus pulunu ödəməkdə çətinlik çəkəndə sərnişinlərdən, oğluna ev ala bilmədiyi üçün evləndirə bilməyən qonşumuzun giley-güzarla dolu sözləri  arasından tez-tez “hayıf o cür quruluşdan” deyəndə, haqqında çox eşitmişəm. Doğrumu yalanmı deyirlər: o zaman bu gecə yatanda sabah nə yeyəcəkləri haqqında qətiyyən narahat olmurmuşlar, məmurun ixtiyarı nə imiş fəhlə ilə yarım ton yuxarı danışsın?! Məni həmişə maraqlandıran o olub ki, axı o cürə təriflənən, indi mənə asimana qədər uzaq görünən qocaların “köpəyoğlunun soveti” adlandırdıqları quruluşu dağıtmaq necə mümkün olub? Niyə on beş respublikanın milyonlarla əhalisi meydanlara axışıb rahatlığı üçün üsyan etməyib? Yox, əgər məhz onlar bunu istəyiblərsə, sadə bir təkan verilib vəssalam, onları qane etməyən nə olub?

Esseni tam formatda endir 

 

“Azərbaycan- ideologiyamız və məqsədlərimiz”

 

Günümüzün ən böyük siyasəti qarşındakını inandırmaqdır. Öz mənafeyini unudub onun üçün çalışdığını anlatmaq və əslində öz məqsədini ehmalca kənara qoyub qarşındakını elə eyni ehtiyyatla aldatmaqdır. Belə olan halda dost – düşmən, xeyirxah-bədxah, siyasi lövhədə dövlət xalq səmimiyyəti çətinliklə qurulmuş olur. Mənafelər və şəxsi istəklər əsas məqsəd olduğu çərçivədə eyni havanı oynamaq qeyri-mümkünə çevrilir. Xüsusilə iyirmi birinci əsrdə bütün sözlərin işlənib köhnəldiyi, əlavə təsirlərin sızdığı dövrdə ideologiyasını qurmaq istəyən xalqların işi lap çətindir, əvvəldən deyim. Bəziləri mənafeni səmimilikdən kənar hesab edir. İşdə mənafe toxumu görünürsə, artıq fədakarlıqla tərs mütənasibdir, deyə sayır. Belə olan halda ideologiya doğrudanmı mənafedən kənar sırf fədakarcasına özünü topluma, cəmiyyətə və daha mücərrəd məvhum olan vətənə qarşı qurban vermə kimi anlaşılmalıdır. Xüsusilə kapitalist mənəviyyatı qarşısında siyasi və maddi mənafelərsiz cəmiyyətə qarşı və onun naminə vuruşmaq mümkündürmü. İdeologiyanı formalaşdıran hərəkətverici güclər – siyasətçilər, hökümət, qeyri-hökümət qurumları mənafesiz və təmənnasızmı çalışmalıdırlar?

Davamı...