Reklam verin!

..::Sahilə İbrahimova::..

Mənim yazdıqlarım! Mənim düşüncələrim!

 

Aforizmlər

 

Müəllif Almaz:

“Yazılmayan Tale” adlı  kitabından

Doğulanda adam idi – gözlü-qulaqlı, əlli-ayaqlı, ağıllı-başlı adam. Amma ölən günəcən hamı ona belə dedi – Adam ol, Adam.

Ədəbiyyat həyatdır. Həyat ədəbiyyat deyil! 

Davamı...

 

Zırrama

 

Mən bu vəzifəyə lapdan gəldim və hamını heyrətə gətirdim. Çünki hamı mənim zırrama olduğumu, iki eşşəyin arpasını bölə bilmədiyimi bilirdi.  Amma bu mənim vecimə də deyildi. Məgər məmləkətimizdəki vəzifə sahiblərinin hamısı iki eşşəyin arpasını bölməyə qadirdirlərmi? Zırrama  məmurlardan mən zırramanın nəyi əksikdir ki. Bir odur ki, o zırramalar xüsusi tapşırıqlar, rüşvətlər hesabına vəzifəyə gəlmişdilər, amma mənim başıma “şahlıq quşu” qonmuşdu. Sanki mənim bu vəzifəyə gəlişim cənab Mirielin Napaleonla qarşılaşması səhnəsindəki kimi olmuşdu. Soruşursunuz ki, cənab Mirielin Napaleonla qarşılaşması səhnəsi necə olmuşdu? Əgər siz Viktor Hüqonun “Səfillər” əsərini vaxtında oxusaydınız, indi bunu məndən soruşmazdınız. Mən nə qədər zırrama olsam da, institutda oxuduğum illər müəllimim güclə bunu mənə oxutdurmuşdu. Yazıq müəllimim. İndi özü səfildi, səfil professor...

Davamı...

 

Varlı kişinin portmanatı

 

Qadın yalvarırdı. On dəqiqəlik görüş üçün ilan dili çıxarırdı. İri cüssəli gözətçi qadının yalvarışlarına öyrəncəli adamlar kimi “olmaz, olmaz” deyərək laqeyd-laqeyd ətrafına boylanırdı. İri, yaraşıqlı darvazanın açılması ilə qara rəngli “Mersedes”in içəri daxil olması o qədər surətlə baş verdi ki, qadın bu fürsətdən istifadə edərək sivişib içəri keçməyə belə macal tapmadı. O üzünü dəmir barmaqlıqlara söykəyərək bağırmağa başladı.

Davamı...

 

Torbadakı on min dollar

 

And olsun Allaha ki, kimə bu əhvalatı danışsam, mənə inanmaz. Axı kimin ağlına gələrdi ki, vur-tut beşinci sinif şagirdi olan qız uşağının “idman forması” adı ilə gəzdirdiyi polietilen torbanın içərisindəki idman paltarı yox, on min  dollardır. Hiss etdim ki, dollar sözünü eşidən kimi maraq sizi bürüdü. Niyə də bürüməsin. Dolların nəyə qadir olduğunu kim bilmir?

Davamı...

 

Qara əlcəyin əhvalatı

 

Dünyanın hər yerində günahsız insanlar ölürlər.                           

Bu hekayəni onlara ithaf edirəm. 

Bu hadisə baş verəndə mənim dünyaya gəlişimdən cəmisi beşcə il keçirdi. Valideynlərimin dediyinə görə, onlar gözlərini yumub-açınca mən böyümüşəm. Əlbəttə valideynlərim bunu məcazi mənada deyirdilər, ancaq, bu sözləri lap həqiqi mənada da işlətmək olardı. Məsəl üçün, onlar deyə bilərdilər ki, onlar gözlərini yumub-açana qədər Sovetlər İttifaqı dağıldı. Valideynlərim Rus imperiyasının qalıqları idilər. Mənim də həyatımın beş ili Sovet dövrünə təsadüf edirdi. Lakin o illərdən elə bir unudulmaz xatirələrim qalmayıb.

Davamı...