Reklam verin!

..::Sahilə İbrahimova::..

Mənim yazdıqlarım! Mənim düşüncələrim!

 

Aforizmlər

 

Müəllif Almaz:

“Yazılmayan Tale” adlı  kitabından

Doğulanda adam idi – gözlü-qulaqlı, əlli-ayaqlı, ağıllı-başlı adam. Amma ölən günəcən hamı ona belə dedi – Adam ol, Adam.

Ədəbiyyat həyatdır. Həyat ədəbiyyat deyil! 

Ölüm ayrılıq deyil, hələ. Nə zamansa görüşəcəyimiz yer olacaq. Bir odur ki, siz məni dəyişmiş görkəmimdən, mən sizi itmiş yaddaşımdan tanıya bilməyəcəyəm.  

Mərdimazarı müdafiə etmək bir bardaq sudan ötrü səhrada Xeyirin gözünü tökən Şərə haqq qazandırmaq deməkdir. 

Sən arzularımın şah əsəri idin. İndi mən itmiş əsərimin cızma-qaralarını oxumaqla məşqulam.  

Kasıblıq - kimsəsiz qadının namus oyunu, dünya gözəli Saranın urvatsız toyu, qonşumuz Azərin toz basmış diplomu, anamın vaxtsız ağarmış teli, Kərim kişinin bükülmüş beli, bir parça çörəkdən yana qərib ölkəyə üz tutmuş Vaqifin Valya ilə toyu... 

Biz özümüzü ayağımızın altında səssiz-səmirsiz adamın yerində heç cür təsəvvür etmək istəmirik. Bu adam bir müddət bundan qabaqkı, biz isə bundan sonrakı ölülərik.   

Müqəddəs insan yoxdur. Sadəcə olaraq insanlar haqqında deyilən müqəddəs sözlər vardır.  

Mütləq həqiqət var, lakin biz onun kölgəsində daldalanmağı daha üstün tuturuq.  

Həqiqət nə qədər sinəsinə döyüb öyünsə də, yalan öz qalibiyyəti ilə ona gülürdü. 

Biz bir-birimizi nə qədər sevsək də, yazılmış taleyimizə əlavələr edə bilmədik. 

Zibillikdə yeməyə çörək axtaran adam hamımızın qohumudur. Amma bizə elə gəlir ki, kresloda oturub başını tumarladığımız köpək bizim ən yaxın qohumumuzdur. 

Müstəqilliyini əldə edən xalq azadlığını gəzirdi. 

Həyat içindəki dünyanın başına fırlanırdı. 

Uşaqlıq gəncliyə, qocalıq uşaqlığa can atır. 

Hər şey borc xatirinə deyil, fədakarlıqla edilməlidir.  

Hər il doğum günümüzü gülə-gülə qeyd edirik. Sanki ağlaya-ağlaya doğulan biz deyildik.  

Özünə vurğun insanlar uzunömürlü olurlar. 

Ürəyini mədh etdikcə məni idarə edən beynimi yadıma salıb unutdum.  

Ölümü gözləyən müdrik insan xoş bir səfər üstə olduğunu anladığından gülümsəyirdi. 

Bu və ya digər formada bütün canlılar əbədidir.  

Kiçik həbsxanalar “böyük həbsxana” da yerləşib. 

Bizi yeyən heyvanların yox, bizi yeməyən heyvanların ətini yeyirik. 

Mənim tale yazım müxtəlif talelərdən köçürülmüş cızma-qaradır. 

Bu gün doğum günümdür. Zəng edib məni sevən dostlarımı təbrik etdim. 

Özünü yaxşı tanıdığı üçün onun haqqında deyilən xoş sözlərdən utandı.  

Qadın öz müqəddəsliyi ilə Allaha daha yaxındır. 

O ya ağlı kəsməyən uşaq, ya da ağlını itirmiş qoca idi. 

Ayla ulduzların abıra saldığı gecələr gündüzə meydan oxuyurdular. 

Xoruz banlayır, it hürür, ilan fısıldayır, inək böyürür, quşlar cəh-cəh vurur, canavar ulayır, insan isə bunların hamısını bacarır.  

Ölsəm, deməyin adam öldü... Bir vaxt kölgəsində nənəm nehrə çalxadığı, mən də beş-daş oynadığım tut ağacımız öldü, o ağacın başında yuvasına güllə dəymiş tənha saxsağan öldü deyin. Ruhumu şad etməkdən ötrü soyuq başdaşımı öpməyin, ağacları, kolları öpün. Gedin Qarabağda torpağı öpün.

 

Reshaiq yazıb:

 

Salam.Aforizmlər lap yaxşıdır.Amma heyif ki azdır. Çalış onların sayını artır.Bir daha uğurlar!!!

babek yazıb:

 

salam
oxudum.yaxci yazibsiz.anadan olan gunuzun iyl dunumi mubarak olsun.

 

SALAM. EN GOZEL DOST OLAN YAZİ QOY SİZİ OZUNE DOST ETMEKDE DAVAM ETSİN. MENİM BLOGUMA DA QONAQ GOZLEYİREM. UGURLAR!..

e-mail: liberty_sh@yahoo.com
sayt: www.liberty.azeriblog.com

Amil yazıb:

 

Salam necesiniz??Ilke once tebrik edirem ugurlu olsun...www.comeblog.azeriblog.com

araz yazıb:

 

salam, man guney azerbaijan nan yaziram. man turki yazmagi yakhshi basharmiram. chokh sevinaram yardim edasiz.

Korkmaz yazıb:

 

Salam. Cox gozel sozlerdir. beyendim. Davamini gozleyirem. UGurlar.

Sahile yazıb:

 

Sherh yazan ker kese teshekkur edirem ve demek isteyirem ki, bu aforizmler menim deyil,muellif Almaz adli yazichidir.
Guney Azerbaycandan yazan Azer bey, yazirsiniz ki, turkce yaxshi danisha bilmirsiniz ve komek isteyirsiz.Gorunur dilimizden nisbeten az istifade etmisiniz. Size nece komek ede bileceyimi bilmirem.Sadece meslehet vere bilerem. Azerb. dilinde choxlu kitab oxuyun.Azerbaycan dilinde elinize ne kechirse oxuyun. Nitqiniz mutleq achilacaq.

Hormetle,
Sahile

hasan yazıb:

 

size cox tesekkur erdirem ona goreki anlatdiqlariniza deyer var olun


Şərh yazın

 
  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha