Sahilə İbrahimova
Reklam verin!
Mənim yazdıqlarım! Mənim düşüncələrim!

                           Esse müsabiqəsində 1-ci yer            

Uşaqlıq illərim Sovet dönəminə düşməsə də, azdan-çoxdan, valideynlərimdən, avtobus pulunu ödəməkdə çətinlik çəkəndə sərnişinlərdən, oğluna ev ala bilmədiyi üçün evləndirə bilməyən qonşumuzun giley-güzarla dolu sözləri  arasından tez-tez “hayıf o cür quruluşdan” deyəndə, haqqında çox eşitmişəm. Doğrumu yalanmı deyirlər: o zaman bu gecə yatanda sabah nə yeyəcəkləri haqqında qətiyyən narahat olmurmuşlar, məmurun ixtiyarı nə imiş fəhlə ilə yarım ton yuxarı danışsın?! Məni həmişə maraqlandıran o olub ki, axı o cürə təriflənən, indi mənə asimana qədər uzaq görünən qocaların “köpəyoğlunun soveti” adlandırdıqları quruluşu dağıtmaq necə mümkün olub? Niyə on beş respublikanın milyonlarla əhalisi meydanlara axışıb rahatlığı üçün üsyan etməyib? Yox, əgər məhz onlar bunu istəyiblərsə, sadə bir təkan verilib vəssalam, onları qane etməyən nə olub?

Esseni tam formatda aşağıdakı linkdən yükləyərək oxuya bilərsiniz:

http://www.boxca.com/2kzh3xkrm08z/esse.doc.html


Açar sözlər:

Yazar: sahile | Tarix: Aprel 30, 2008 8:17 | Esselər | Şərhlər(10) | Baxış sayı: 118

Günümüzün ən böyük siyasəti qarşındakını inandırmaqdır. Öz mənafeyini unudub onun üçün çalışdığını anlatmaq və əslində öz məqsədini ehmalca kənara qoyub qarşındakını elə eyni ehtiyyatla aldatmaqdır. Belə olan halda dost – düşmən, xeyirxah-bədxah, siyasi lövhədə dövlət xalq səmimiyyəti çətinliklə qurulmuş olur. Mənafelər və şəxsi istəklər əsas məqsəd olduğu çərçivədə eyni havanı oynamaq qeyri-mümkünə çevrilir. Xüsusilə iyirmi birinci əsrdə bütün sözlərin işlənib köhnəldiyi, əlavə təsirlərin sızdığı dövrdə ideologiyasını qurmaq istəyən xalqların işi lap çətindir, əvvəldən deyim. Bəziləri mənafeni səmimilikdən kənar hesab edir. İşdə mənafe toxumu görünürsə, artıq fədakarlıqla tərs mütənasibdir, deyə sayır. Belə olan halda ideologiya doğrudanmı mənafedən kənar sırf fədakarcasına özünü topluma, cəmiyyətə və daha mücərrəd məvhum olan vətənə qarşı qurban vermə kimi anlaşılmalıdır. Xüsusilə kapitalist mənəviyyatı qarşısında siyasi və maddi mənafelərsiz cəmiyyətə qarşı və onun naminə vuruşmaq mümkündürmü. İdeologiyanı formalaşdıran hərəkətverici güclər – siyasətçilər, hökümət, qeyri-hökümət qurumları mənafesiz və təmənnasızmı çalışmalıdırlar?

Davamı...

Açar sözlər:

Yazar: sahile | Tarix: Aprel 30, 2008 8:13 | Esselər | Şərhlər(0) | Baxış sayı: 47

Müəllif Almaz:

“Yazılmayan Tale” adlı  kitabından

Doğulanda adam idi – gözlü-qulaqlı, əlli-ayaqlı, ağıllı-başlı adam. Amma ölən günəcən hamı ona belə dedi – Adam ol, Adam.

Ədəbiyyat həyatdır. Həyat ədəbiyyat deyil! 

Davamı...

Açar sözlər:

Yazar: sahile | Tarix: Yanvar 16, 2008 14:36 | Aforizmlər | Şərhlər(8) | Baxış sayı: 180

Mən bu vəzifəyə lapdan gəldim və hamını heyrətə gətirdim. Çünki hamı mənim zırrama olduğumu, iki eşşəyin arpasını bölə bilmədiyimi bilirdi.  Amma bu mənim vecimə də deyildi. Məgər məmləkətimizdəki vəzifə sahiblərinin hamısı iki eşşəyin arpasını bölməyə qadirdirlərmi? Zırrama  məmurlardan mən zırramanın nəyi əksikdir ki. Bir odur ki, o zırramalar xüsusi tapşırıqlar, rüşvətlər hesabına vəzifəyə gəlmişdilər, amma mənim başıma “şahlıq quşu” qonmuşdu. Sanki mənim bu vəzifəyə gəlişim cənab Mirielin Napaleonla qarşılaşması səhnəsindəki kimi olmuşdu. Soruşursunuz ki, cənab Mirielin Napaleonla qarşılaşması səhnəsi necə olmuşdu? Əgər siz Viktor Hüqonun “Səfillər” əsərini vaxtında oxusaydınız, indi bunu məndən soruşmazdınız. Mən nə qədər zırrama olsam da, institutda oxuduğum illər müəllimim güclə bunu mənə oxutdurmuşdu. Yazıq müəllimim. İndi özü səfildi, səfil professor...

Davamı...

Açar sözlər:

Yazar: sahile | Tarix: Yanvar 8, 2008 14:25 | Hekayələrim | Şərhlər(12) | Baxış sayı: 223

Qadın yalvarırdı. On dəqiqəlik görüş üçün ilan dili çıxarırdı. İri cüssəli gözətçi qadının yalvarışlarına öyrəncəli adamlar kimi “olmaz, olmaz” deyərək laqeyd-laqeyd ətrafına boylanırdı. İri, yaraşıqlı darvazanın açılması ilə qara rəngli “Mersedes”in içəri daxil olması o qədər surətlə baş verdi ki, qadın bu fürsətdən istifadə edərək sivişib içəri keçməyə belə macal tapmadı. O üzünü dəmir barmaqlıqlara söykəyərək bağırmağa başladı.

Davamı...

Açar sözlər:

Yazar: sahile | Tarix: Yanvar 8, 2008 14:19 | Hekayələrim | Şərhlər(4) | Baxış sayı: 126

Qabaqki yazılar

  Yazılar cəmi: 10    Sonrakı səhifə »